Alimlər beynin “daxili kompası”nın necə işlədiyini tapıblar
01.04.2023 08:16

Alimlər siçanlar üzərində apardıqları araşdırmada beynin ətraf mühitdəki dəyişiklikləri necə qəbul etdiyini və onun "daxili kompas"ının necə işlədiyini açıqlayıblar.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, McGill Universitetinin alimləri beyindəki "neyron kompas" və ya "daxili kompas" kimi tanınan istiqamət mərkəzinin istiqamət duyğunun əsasını necə təşkil etdiyini anlamaq üçün araşdırma aparıblar.

 

Elm adamları beyindəki sinir dəyişikliklərini ən son görüntüləmə üsulları ilə izləyərək istiqamət mərkəzi haqqında yeni məlumatlar əldə ediblər.

 

Araşdırmanın, demans kimi degenerativ xəstəliklərdə xəstələrin oriyentasiyasının pozulmasına və itkin düşməsinə səbəb olan proseslərdə və ətraf mühitdəki dəyişikliklərdə beynin istiqamət duyğusundan necə istifadə etdiyinə də aydınlıq gətirildiyi bildirilib.

 

Vizual məlumatın beynin daxili kompasına necə təsir etdiyini daha yaxşı başa düşmək üçün tədqiqatçılar çaşqın virtual mühitə yerləşdirilən siçanların beyinlərində sinir fəaliyyətini izləyiblər.

 

Siçanın naviqasiya sisteminin necə işlədiyinə dair daha aydın fikir əldə edən tədqiqatçılar, həmçinin beynin yol tapan hüceyrələrinin dəyişən mühitdə öz istiqamətlərini dəyişmək qabiliyyətini necə dəstəklədiyini kəşf etdilər.

 

Tədqiqatçılar müəyyən ediblər ki, “ekoloji məlumatlılıq” adlı bir fenomen var ki, bu da siçanların oriyentasiyasını itirdikdən sonra beyinlərinin daxili kompasında oriyentasiyasını dəyişməyə imkan verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev