"Azərbaycana qarşı erməni təcavüzünün nəticələri" mövzusunda anım tədbiri keçirilib
31.03.2023 20:57
Qazax Müalicə Diaqnostika Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri" mövzusunda anım tədbiri keçirilib.
 
Aztibb.az-a Mərkəzdən bildirilib ki, öncə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımlar nəticəsində həyatını itirmiş, Vətənimizin ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan Qazax MDM-in direktoru Kamandar İbrahimov 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu söyləyib. O, Azərbaycanlıların soyqırımının təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildiyini bildirib. Direktor dinc əhalinin kütləvi qətlə yetirilidiyini, şəhər və kəndlərin yandırıldığını, milli mədəniyyət abidələrinin məhv edildiyini diqqətə çatdırıb.
 
Daha sonra İnsan resusları şöbəsinin müdiri Arifə Mirzəliyeva mart qırğınları zamanı ermənilərin bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtdıqlarını xatırladıb. O, Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələrinin ağır zədə aldığını vurğulayıb.
 
Qazax MDM-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Bəxtiyarlı çıxışında tarixin səhifələrini vərəqləndikcə yeni-yeni faktların, erməni vəhşiliyinin tükürpədən səhnələrinin üzə çıxdığını qeyd edib. Təkzibolunmaz arxiv sənədlərinin, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutların aşkarlandığını bildirib. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev