Milli Onkologiya Mərkəzi xalqımıza, ordumuza dəstək verir
08.10.2020 13:25

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin rəhbərliyi və bütün kollektivi ölkəmizdə gündən-günə genişlənən Milli Orduya dəstək aksiyasına qoşulublar.

 

Aztibb.az xəbər verir ki, sentyabrın 27-dən etibarən Milli Onkologiya Mərkəzinin xeyli gənc həkim və mütəxəssisi Vətən torpaqlarını işğaldan azad etmək uğrunda müqəddəs savaşa qalxmış Azərbaycan əsgərlərinə mənəvi və tibbi yardım göstərmək üçün cəbhəyanı xəstəxana və hospitallara yollanıblar.

 

Ötən müddət ərzində döyüşlərin getdiyi və namərd düşmənin top atəşinə məruz qoyduğu ərazilərə Milli Onkologiya Mərkəzi tərəfindən davamlı şəkildə sərf materialları, dərman preparatları və digər tibbi ləvazimatlar göndərilib.

 

Mərkəzdən bildirilib ki, zərurət yarandığı təqdirdə kollektiv cəbhə və cəbhəyanı bölgələrdən müalicəyə ehtyacı olanları dərhal qəbul etməyə hazırdır. Bunun üçün xeyli miqdarda müalicə otağı, sarğı məntəqələri yaradılıb, kifayət qədər qan ehtiyatı toplanıb. Tibbi yardıma ehtiyacı olan şəxslərə ən yüksək səviyyədə xidmət göstərmək üçün xüsusi tibbi qruplar yaradılıb.

 

Mərkəz kollektivinin topladığı könüllü ianə Milli Ordumuza Dəstək Fonduna keçirilib.

 

Milli Onkologiya Mərkəzi ölkəmiz üçün taleyüklü olan bu günlərdə Azərbaycan xalqının, onun şanlı ordusunun, Ali Baş Komandanın yanındadır!

 

Qarabağ Azərbaycandır!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır