Hipermobillik sindromu. Simptomları nədir?
28.03.2023 09:49
Oynaqların olması gərəkdiyindən daha böyük hərəkət aralığına sahib olması bəzi oynaq problemlərinə səbəb ola bilər. Tibbdə bu xəstəliyin adı hipermobillik sindromu adlandırılır (HMS). Marfan sindromu, Ehlers-Danlas sindromu kimi xəstəliklərdən qaynaqlanan oynaq elastikliyi bu sindroma aid edilmir.
 
Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov sosial şəbəkədə məlumat paylaşıb.
 
Pərvin Əkbərov bildirib ki, HMS tez-tez rast gəlinən, lakin diqqətdən kənarda qalan xəstəlikdir. Bu xəstələrin bel, diz, dirsək, bilək və barmaq oynaqları eyni yaşda və cinsdə olan həmyaşıdlarına nisbətən elastikdir, hərəkət diapozonu daha böyükdür. HMS həmişə ağrıya səbəb olmur. Əhalinin təxminən 5-10%-ində birgə hipermobillik var. Bununla belə qadınların 3.25% və kişilərin 0.6%ində oynaq elastikliyi ilə bağlı simptomlar – əlamət və şikayətlər vardır.
 
Onun sözlərinə görə, hipermobillik sindromu irsi faktorlarla bağlı olsa da, gimnastika, balet və s. kimi idman növləri ilə məşğul olanlarda da tez-tez rast gəlinir.
 
HMS-nın simptomlarla zəngin bir xəstəlik olduğunu deyən fizioterapevt bildirib ki, oynaq və əzələ ağrısı, diz ağrısı, oynaqlarda şışkinlik, çıxıqlar, yumşaq toxumaların revmatizmi (epikondilit, kapsulit, plantar fassit, karpal tunel sindromu, tendenit), çənə oynaqlarında ağrı və krepitasiya (şaqqıltı səsi), erkən artroz (kalsifikasiya), bel ağrısı, disk yırtığı, onurğa stenozu – ümumi şikayətlərdəndir. Bundan əlavə bu xəstələrdə dəri elastikliyi, mitral qapaq prolapsiyası, uşaqlıq yolu, sidik kisəsi və düz bağırsağın prolapsı, sidik qaçırma, varikoz genişlənmə kimi hallara tez-tez rast gəlinir.
 
"HMS məktəb yaşlı uşaqlarda, xüsusilə qızlarda daha çox yayılıb. Bu xəstəlik bir çox revmatik xəstəliklərdə qarışdırılır", - deyə Pərvin Əkbərov qeyd edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev