AMEA-nın Yüksək Texnologiyalar Parkı Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif tibbi ləvazimatlar göndərib
08.10.2020 11:24

Məlumdur ki, sentyabrın 27-si səhər saatlarından etibarən təcavüzkar Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxsləri intensiv atəşə tutmuş, bundan sonra Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatlarına başlanılmışdır.

 

Azərbaycan ordusu bugünədək böyük qəhrəmanlıq və şücaət göstərərək Cəbrayıl şəhərini, o cümlədən bu və digər rayonların bir neçə kəndini, bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri düşməndən tamamilə azad etmişdir. Hazırda əsgərlərimiz işğal altında olan ərazilərimiz uğrunda əzmkar mübarizəsini davam etdirir. 

 

Doğma torpaqların düşmən tapdaqlarından azad edilməsi yolunda xalqımız da yumruq kimi birləşərək orduya tam dəstək nümayiş etdirir. Hazırda ölkə üzrə bütün dövlət və özəl təşkilatlar Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edir, müxtəlif formalarda yardımlar göstərirlər.

 

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiya da ölkənin ən böyük elm qurumu olaraq bu çətin günlərdə Azərbaycan Ordusuna və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dəstəyini nümayiş etdirir, eyni zamanda, ölkədə elan olunmuş hərbi vəziyyətlə əlaqədar olaraq müvafiq tədbirlər həyata keçirir.

 

Akademik Ramiz Mehdiyev öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin bölgənin ən qüdrətli ordusu olduğunu vurğulayır və hərbçilərimizin qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadir olduğunu bildirir.

 

Həmçinin Akademiyanın institut və təşkilatlarında mütəmadi olaraq Azərbaycan-Ermənistan müharibəsi və ordumuzun Qarabağ uğrunda döyüşlərdə əldə etdikləri tarixi nailiyyətlərə dair tədbirlər keçirilir.

 

Ziyalılarımız informasiya müharibəsinin önündə gedərək kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir, məqalələr yazır, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar.

 

Akademiyada fəaliyyət göstərən ehtiyatda olan əsgər və zabitlərimiz də ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan haqlı mübarizəyə qatılmağa, mənfur düşmənə qarşı vuruşmağa hazırdır. Artıq AMEA-nın əməkdaşları arasında da Orduya qatılanlar, ön sıralarda erməni qəsbkarlarına qarşı mübarizə aparanlar yer alır. AMEA-nın Yüksək Texnologiyalar Parkının bir neçə əməkdaşı da bu sıralardadır.

 

Bundan başqa, AMEA-nın elmi müəssisələrinin əməkdaşları könüllü olaraq Azərbaycan ordusuna ianələr edir, eləcə də hər bir təşkilat müəyyən olunmuş qaydaları nəzərə alaraq əsgərlərimizə yardım göndərirlər.

 

Akademiya rəhbərliyinin tapşırığı ilə AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodu da Milli Ordumuza dəstək təşəbbüsünə qoşulub. Belə ki, zavod tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna, eləcə də Tərtər və Füzuli bölgələrində  yerləşən tibb məntəqələrinə və hərbi hissələrə çoxlu sayda tibbi ləvazimatlardan ibarət yardım edilib. Buraya Ağ Naftalan yağı, “Naftaderm” şampunu və losyonu, eləcə də digər şəxsi gigiyenik vasitələr, müxtəlif növ ağrıkəsicilər, yaraların işlənilməsi üçün məhlullar, spirt tərkibli vasitələr, yara sarğıları və s. daxildir.

 

Yüksək Texnologiyalar  Parkının kollektivi Azərbaycan ordusuna həm maddi, həm də mənəvi cəhətdən əlindən gələni etməyə hər zaman hazır olduğunu bildirir. Əsgərlərimizə tez bir zamanda tam qələbə ilə öz ailələrinə sağ-salamat dönməyi arzulayır.

 

Qələbə bizimlədir!

 

Cənab Prezidentin dediyi kimi: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır