ATU əməkdaşı Türkiyədə elmi konfransda çıxış edib
26.03.2023 13:22

ATU-nun l Cərrahi xəstəliklər kafedrasının assistenti Azər Hümmətov Türkiyədə keçirilən XI Endokrin Cərrahiyyə Konfransında iştirak edib. 

 

Aztibb.az-a ATU-dan bildirilib ki, beynəlxalq tədbirdə o, “Tiroid düyünlərinin diaqnostikasında elastosonoqrafiyanın rolu”  mövzusunda çıxış edib, öz təcrübəsini bölüşüb. A.Hümmətov, həmçinin tiroid düyünlərinin diaqnostika və müalicə üsulunun seçimində TİRADS və Bethesda təsnifatlarının birgə tətbiqinin əhəmiyyəti ilə bağlı elmi məruzə edib.

 

ATU əməkdaşının konfrans çərçivəsində “Azərbaycanın şəhər əhalisində COVID-19 pandemiyası və postpandemiya zamanı vitamin D səviyyəsinin dəyərləndirilməsi” mövzusunda poster çıxışı da olub.

 

Müxtəlif ölkələrdən həkim və mütəxəssislərin iştirak etdiyi tədbirdə paralel sessiyalarda ümumilikdə 100-dən çox məruzə səsləndirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır