Azərbaycanlı həkimlər Xorvatiyada beynəlxalq konqresdə çıxış ediblər
26.03.2023 08:30

23-25 mart 2023-cü il tarixlərində Xorvatiyanın Dubrovnik şəhərində nevrologiya sahəsində dünyanın aparıcı konfranslarından biri olan Nevrologiyada Mübahisələr üzrə 17-ci Ümumdünya Konqresi keçirilib.

 

Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutundan məlumat verilib.

 

Dünyanın müxtəlif ölkələrinin nevroloqlarının iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin mütəxəssis ekspertləri, nevroloqlar prof. Rəna Şirəliyeva, prof. Sədaqət Hüseynova və prof. Aytən Məmmədbəyli təmsil ediblər. Bununla yanaşı, azərbaycanlı alimlər Məsud Aşina və Hakan Aşina da məruzələrini təqdim ediblər.

 

Tədbirdə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, prof. Sədaqət Hüseynova "Aşağı ətraf periferik sinirlərinin odlu silah yaralanması olan xəstələrin reabilitasiyası" mövzusunda məruzə ilə çıxış edib.

 

Qeyd edək ki, konfransda müasir nevrologiyanın aktual məsələləri – baş ağrıları, dağınıq skleroz, Parkinson xəstəliyi, insult, epilepsiya, neyrodegenerativ xəstəliklər ətrafında geniş müzakirə və debatlar aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev