BMT-dən tibbi xidmətlərlə ümumi əhatə dairəsinin təmin edilməsi üzrə TÖVSİYƏ  
07.10.2020 22:47

Pandemiya həm ölkələr daxilində, həm də onların arasında tibbi xidmətə çıxış sahəsində qeyri-bərabərliyi, sosial müdafiə sistemində boşluqları, ən əsası isə beynəlxalq birliyin səhiyyə sahəsində qlobal böhrana hazır olmadığını üzə çıxarıb.

 

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş tibbi xidmətlərlə ümumi əhatə dairəsinin təmin edilməsi üzrə tövsiyələrini təqdim edərək bildirib.

 

BMT-də ümumi əhatə dairəsini belə başa düşürlər: planetin bütün sakinləri ağır maliyyə yükünün altında qalmadan zəruri hallarda keyfiyyətli tibbi yardım almaq imkanına malik olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas sənədlərində bu hüquq hər bir insana təsbit olunub və ÜST-ün üzvü olan ölkələr, 1978-ci ildə Almatı Bəyannaməsini imzalayaraq bununla razılaşıblar.

 

Pandemiya bəşəriyyətin bu məqsədə doğru nə qədər irəlilədiyini qiymətləndirməyə imkan verdi və nəticələr heç də ürəkaçan deyil. Dünya əhalisinin ən az yarısı ən əsas tibbi xidmətlərdən istifadə edə bilmir və yer üzündə 800 milyon insan büdcəsinin on faizini tibbi xidmətə xərcləyir.

 

Çərşənbə günü tövsiyələrini təqdim edən BMT-nin Baş katibi beş məqama diqqət yetirməyə çağırdı. Birincisi, sübut edilmiş ictimai səhiyyə vasitələrindən istifadə edərək, COVID-19-un yayılmasını nəzarətə almaq lazımdır.

 

İkincisi, onun sözlərinə görə, pandemiya zamanı, bütün qüvvələr koronavirusla mübarizəyə atıldıqda, digər ciddi xəstəliklər və onların qarşısının alınması barədə unutmaq olmaz. Bu çərçivədə BMT rəhbəri, əhaliyə zehni və reproduktiv sağlamlıq xidmətləri göstərməyi də tövsiyə etdi.

 

Üçüncüsü, o, əmindir ki, planetin bütün sakinləri COVID-19-a qarşı vaksinin hazırlandığı zaman onu əldə etmək imkanına malik olmalıdır. Bu prosesi sürətləndirmək üçün BMT ACT-Accelerator, vaksin və dərman preparatlarının hazırlanması və istehsalının sürətləndirilməsi üzrə beynəlxalq əməkdaşlıq proqramını maliyyələşdirməyi məsləhət görür.

 

Dördüncüsü, tibbi xidmətlərlə ümumi əhatəni təmin etmək lazımdır. Bunun üçün hökumətlər səhiyyə sistemlərinin maliyyələşdirilməsini genişləndirməli, o cümlədən adi sakinlər üçün maliyyə maneələrini mümkün qədər aradan qaldırmalıdır.

 

Nəhayət, beşinci, BMT gələcək pandemiyalara daha yaxşı hazırlaşmağa çağırır. Bu cür hazırlıq təkcə milli səviyyədə deyil, həm də qlobal səviyyədə əlavə investisiyalar, eləcə də bu işdə bütün sektorların və cəmiyyətin bütün təbəqələrinin iştirakı deməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub