Naxçıvan Doğum Mərkəzi tərəfindən növbəti tibbi aksiya təşkil edilib
19.03.2023 06:45

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” tədbirləri çərçivəsində növbəti humanitar tibbi aksiya təşkil olunub.

 

Aztibb.az-a nazirlikdən verilən xəbərə görə, aksiya Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi publik hüquqi şəxsinin həkim heyəti tərəfindən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə olub.

 

Tibbi aksiya zamanı məktəbin 36 qadın işçisi arasında ginekoloji müayinələr aparılıb. Ultrasəs müayinəsindən keçirilən qadınlardan 1-də yumurtalığın kistası, 8-də klimakterik sindrom, 1-də isə ikincili sonsuzluq aşkarlanaraq Doğum Mərkəzinə dəvət olunub.

 

Müayinələr zamanı Mərkəzin mütəxəssis ginekoloq həkimləri tərəfindən maariflədirici söhbətlər aparılıb, ailə planlaşdırılması və qadın sağlamlığı haqqında ətraflı məlumatlar verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır