"Hərəyə bir ağac əkək” adlı ağacəkmə aksiyası keçirilib
19.03.2023 10:05

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Hərəyə bir ağac əkək” adlı ağacəkmə aksiyası keçirilib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib

 

Aksiya çərçivəsində Binəqədi rayonu, Dərnəgül metrostansiyasının ətrafında yerli iqlimə uyğun 500 ədəd həmişəyaşıl ağac əkilib.

 

Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

 

Tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, TƏBİB aparatının məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının əməkdaşları, tibb müəssisələrinin direktorları və tibb işçiləri iştirak edib.

 

Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

 

Aksiya TƏBİB-in tabeliyindəki tibb müəssisələri tərəfindən də silsilə şəkildə davam etdirilir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev