Türkiyədə zəlzələ bölgəsində könüllü çalışan həkimlərimiz təltif edilib
19.03.2023 09:21

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bütün Azərbaycan maddi və mənəvi yardımı ilə yanaşı, çoxsaylı həkimləri ilə də Türkiyənin yanında olub.

Aztibb.az-a klinikadan verilən məlumata görə, bu kampaniyada Azərbaycan Tibb Universitetinin əməkdaşlarının da təmsil olunduğu Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) yaxından iştirak edib. Zəlzələ bölgəsində bu assosiasiyanın fəaliyyəti haqqında Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında təqdimat keçirilib.

Təqdimatda Kahramanmaraş şəhərində AKHA üzvlərinin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri ilə birlikdə mobil səhra hospitalının qurulmasındakı fəaliyyəti, həkimlərin həyata keçirdiyi digər işlər haqqında məlumat verilib.

Tədbirdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Avcil Mücahit Azərbaycan dövlətinin və vətəndaşlarının bu yanaşmasından çox təsirləndiyini bildirərək ümumilikdə türk milləti adından təşəkkürünü çatdırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev