Mərkəzi Gömrük Hospitalına baş həkim təyin olunub
17.03.2023 16:01

Mərkəzi Gömrük Hospitalının rəis müavini, Tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim təyin olunub.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, Bəxtiyar Musayev 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika I fakültəsini bitirib, 1982-1983-cü illərdə 5 saylı Klinik Xəstəxanada Cərrahiyyə üzrə internatura keçib.

 

Bəxtiyar həkim 1984-1989-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının ET Fiziologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, 1989-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ET Qastroenterologiya İnstitutunda kiçik, daha sonra baş elmi işçi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Topçubaşov adına ET Kliniki Təbabət İnstitutunda böyük elmi işçi, 2000-2018-ci illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah kimi çalışıb.

 

O,  2018-ci ildən Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini vəzifəsində, eyni zamanda ümumi cərrah kimi fəaliyyət göstərib. Bəxtiyar həkim 50-dən çox elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev