Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni fizioterapevtik və reabilitasiya kabinetlərinin açılışı olub
17.03.2023 12:50

TƏBİB və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yeni fizioterapevtik və reabilitasiya kabinetlərinin açılışı olub.

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasından Aztibb.az-a bildirilib ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 2 fizioterapevtik kabinetini tam olaraq tibbi avadanlıqlarla və tibbi mebellə təchizatlandırılıb.

 

Təchizatlanan Fizioterapevtik kabinetlər hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların xəstəliyin verdiyi fəsadların aradan qaldırılmasına və müalicənin multidisiplinar yanaşmasına xidmət edəcək.

 

Kabinetlərin açılışından sonra Lənkəran və ətraf rayonlardan iştirak edən həkimlər üçün elmi seminar keçirilib.

 

Seminarda TƏBİB-in Xüsusi profilli tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Vüsal Yusifov və Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyətinin vacibliyini vurğulayaraq, bundan sonra da Assosiasiyaya dəstək olacaqlarını bildiriblər.

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Assosiasiyanın fəaliyyəti və dövlət səhiyyə qurumları ilə sıx əməkdaşlığın faydalı nəticələrindən bəhs edib. Bundan başqa, Assosiasiyanın 2023-cü il ərzində fəaliyyətləri haqda ətraflı məlumat verilib.

 

Seminarın elmi hissəsində Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Naidə Hüseynzadə, Respublika Klinik Xəstəxanasının Fizizioterapiya şöbəsinin müdiri Yeganə Əzizova və Yeni Klinika xəstəxanasının hematoloqu Sevil Cəlilova elmi və praktik təqdimatları ilə çıxış ediblər.

 

Qeyd edək ki, növbəti fizioterapevtik kabinetin təchizatlanması Füzuli və Göyçay şəhərlərində gözlənilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev