ATU-nun əcnəbi tələbələri üçün Novruz tədbiri təşkil olunub
17.03.2023 16:10

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Gənclərlə iş üzrə şöbəsinin əməkdaşları Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan əcnəbi tələbələr üçün tədbir keçirib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, xarici tələbələr üzrə dekan Natiq Bayramov bildirib ki, tədbir “Novruz atributları, bayram ənənələri və keçirilmə qaydaları” mövzusundadır: “Bu təşəbbüs tərəfimizdən xoş qarşılandı. Çox istərdik ki, universitetimizdə təhsil alan 48 ölkədən 2800-ə yaxın əcnəbi tələbə xalqımızın milli bayramı barədə məlumat əldə etsin və adət-ənənələrimiz barədə təsəvvürləri olsun”.

 

Adıçəkilən şöbənin rəhbəri Aydan Haşımova çıxışında tələbələri Novruz bayramı, onun atributları və bu atributların hansı rəmzi mənalar daşıdığı haqda məlumatlandırıb. Bayramqabağı yetişdirilən səmənidən, bişirilən şirniyyatlardan, Keçəllə Kosadan və Bahar qızdan danışıb. Tədbirdə milli kişi və qadın geyimləri nümayiş olunub.

 

Novruz bayramı keçirilən ölkələrdən olan tələbələr də öz adət-ənənələrindən bəhs edib, A.Haşımovanın bayramın detalları ilə bağlı suallarını cavablandırıblar. Sonda suallara dəqiq cavab verənlərə  bayram hədiyyəsi təqdim olunub.

 

Tədbir əcnəbi tələbələr tərəfindən maraqla qarşılanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev