Sağlamlıq imkanları məhdud uşaqlar üçün TİBBİ AKSİYA
17.03.2023 10:55

Nərimanov Tibb Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində tibbi aksiya keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, Əmək və Əhalinin Sosial Xidmətlər Agentliyinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində təşkil olunan aksiyada müxtəlif sahələr üzrə cərrah, oftalmoloq, nevroloq, stomatoloq, psixiatr, otolarinqoloq, pediatr, endkrinoloq, terapevt, kardioloq, travmatoloq, uroloq, qastroentroloq olmaqla 30-dan çox ixtisaslı həkim iştirak edib.

 

Ümumilikdə, aksiyada 79 nəfər 18 yaşdan aşağı, 62 nəfər 18 yaşdan yuxarı uşağa tibbi xidmət göstərilib.

 

Keçirimiş tibbi aksiyanın əsas məqsədi xalqımızın ümummilli dəyəri olan, yardımlaşma və xeyirxahlığı özündə tərənnüm etdirən Novruz bayramı münasibətilə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır