Bakı Baş Səhiyyə Mərkəzində tibb qeydiyyatçıları üçün təlimlər keçirilir
15.03.2023 09:19

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzində “e-Təbib” proqramına ambulator və stasionar müraciətlərin daxil edilməsi, elektron sistem üzərindən ixtisaslı həkimlərə və laborator-diaqnostik müayinələrə göndərişlərin və tibbi arayışların verilməsi mövzusunda təlimlər keçirilir.

 

Aztibb.az Mərkəzin feysbuk səhifəsinə istinadla xəbər verir kiz, tibb qeydiyyatçılarının iştirak etdiyi təlimlərin əsas məqsədi tibb müəssisələrində qeydiyyat işinin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə xidmətlərinə əlçatanlığın təmin olunmasıdır.

 

Təlimləri keçirən Mərkəzin Monitorinq şöbəsinin mütəxəssisi Aytel Əmrahova bildirib ki, ilboyu aparılmış monitorinq yoxlamaları zamanı tabeli tibb müəssisələrində “e-Təbib” proqramı ilə işləyən tibb qeydiyyatçılarının işində bir sıra nöqsanlar aşkar olunub:

 

“Təlimlərin keçirilməsində əsas məqsəd bu sahədə olan nöqsanların aradan qaldırılması və işin optimallığının təmin olunmasıdır. Belə ki, vaxtaşırı tibb qeydiyyatçıları ilə keçirilən bu təlimlər onların biliklərinin artırılmasına xidmət etməklə yanaşı, müəssisələrdə bu sahədə olan ümumi vəziyyəti dəyərləndirməyə imkan verəcək”.

 

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır