"Uşaqlarda Təkmil Həyat Dəstəyi” kursu keçirilib - “Yeni klinika”da
15.03.2023 10:14

“Yeni klinika”da “Uşaqlarda Təkmil Həyat Dəstəyi” (ÇİYAD) kursu keçirilib.

 

Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, kurs TƏBİB-in “Çocuk Acil Tıp ve Yoğun Bakım“ dərnəyi ilə imzaladığı Niyyət Bəyannaməsinə əsasən təşkil olunub.

 

Türkiyə Respublikasından dəvət olunan professorlar Murat Duman və Emel Ulusoy kurs iştirakçıları ilə tanış olub, keçiriləcək kursun onların gələcək həyatlarında əhəmiyyətindən bəhs ediblər.

 

Kurs nəzəri və praktiki qaydada keçirilib.

 

Nəzəri hissədə Xalidə Mustafayeva, Azər Əhmədov, Anar Qurbanov, Lalə Nəzərova, Lamiyə Fərzəliyeva, Elşad Şıxəliyev, Raminə Rzayeva tərəfindən təməl həyat dəstəyi, tənəffüs çatışmazlığı və tənəffüs dəstəyinin tətbiq üsulları, kritik xəstənin qiymətləndirilməsi, şok və müalicəsi, uşaqlarda irəli həyat dəstəyində dərmanlar və b. mövzular barədə kurs iştirakçılarına məlumat verilib.

 

Praktiki hissədə təməl həyat dəstəyi, şok ssenariləri, sümükdaxili müdaxilənin, tənəffüs dəstəyinin və s. tətbiq üsulları izah edilib.

 

Sonda kurs iştirakçıları ilə mövzular müzakirə edilib, onlara sertifikatlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır