Azərbaycan nümayəndə heyəti İsrailin səhiyyə müəssisələrinin fəaliyyəti ilə tanış olub
14.03.2023 15:56
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
 
Nümayəndə heyəti İsrail Dövlət Səhiyyə Nazirliyi, Clalit Səhiyyə Xidməti, Magen David Adom Milli Əməliyyatlar Mərkəzi, Sheba Hospital və Tel Aviv Sourasky Tibbi Mərkəzinin fəaliyyətləri və buradakı müasir tibbi avadanlıqlarla tanış olublar.
 
Həmçinin Azərbaycan nümayəndə heyətinin İsrail Dövlət Səhiyyə Nazirliyinin baş direktorunun müavini Şəfi Mendeloviç, Clalit Səhiyyə Xidmətinin Mushlam Sığortanın rəhbəri Eyal Jacobson, İsrail Dövlət Səhiyyə Nazirliyinin Planlaşdırma, Büdcə və Qiymətləndirmə Departamentinin direktor müavini Haim Hoffert, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asher Shalmon, Magen David Adom Milli Əməliyyatlar Mərkəzinin Fövqəladə halların idarə edilməsi və Avropa İttifaqı layihələri koordinatoru Chaim Rafalovski və Sheba Hospitalının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yair İtzhar ilə görüşləri baş tutub.
 
Görüşlərdə universal sağlamlığın təminatı, İsrailin tibbi sığorta sistemi, tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu, tibbi xidmətlərin genişləndirilməsi üçün tövsiyə olunan strategiyalar, səhiyyə sisteminin elektronlaşdırılması, mobil səhiyyə xidmətinin yaradılması və tətbiqetmənin optimallaşdırılması mexanizmləri, təcili və profilaktik tibbi yardım xidmətinin funksionallığı və təkmilləşdirilməsi haqqında danışılıb. Eyni zamanda, Azərbaycanın tibb müəssisələrinin rəhbər heyəti üçün insan kapitalının inkişafı və artırılması mövzularında təlimlərin keçirilməsi barədə müzakirələr aparılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev