Daha bir qazimizin müalicə xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb
14.03.2023 15:38

"YAŞAT" Fondu tərəfindən daha bir qazinin müalicə xərcləri və borc öhdəlikləri qarşılanıb.

 

Aztibb xəbər verir ki, Fonddan verilən məlumata görə, Elnur Xəlilovun müalicə xərcləri və məişət şəraiti yaxşılaşdırılıb.

 

1993-cü il təəvəllüdlü qazimiz sentyabrın 27-də Talış-Suqovuşan istiqamətlərində gedən döyüşlərdə ağır yaralanıb. Ona Xocalı Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra Elnur Xəlilov Naftalan Şəhər Mərkəzi Xəstəxanasına, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına, Bakı şəhər Topçubaçov adına Elmi Cərrahiyyə Mərkəzinə, daha sonra isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına təxliyyə edilib.

 

Fond tərəfindən dəstək tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev