Ozon çirklənməsi ilə ürək xəstəliyi arasında əlaqə tapılıb
16.03.2023 09:30

"European Heart" jurnalında dərc edilən araşdırmada 2015-2017-ci illərdə Çinin 70 şəhərində yaşayan 258 milyon insanın xəstəxanaya qəbulu ilə bağlı məlumatlar həmin şəhərlərdəki hava keyfiyyəti tendensiyaları ilə müqayisə edilib.

 

Tədqiqatın nəticələrinə görə, ozonla çirklənmənin ürək xəstəliklərinin artması ilə əlaqəli olduğu qənaətinə gəlinib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, tədqiqatda hər kubmetr havada ozonun miqdarının hər 10 mikroqram artması infarkt üçün xəstəxanaya yerləşdirilənlərin sayının 0,75 faiz, insultun isə 0,4 faiz artması ilə əlaqələndirilib.

 

Mütəxəssislər bu fərziyyəyə əsaslanaraq, yay aylarında ozonla əlaqəli infarkt nisbətlərinin yüzdə 15, insult nisbətlərinin isə yüzdə 8-ə çata biləcəyini söyləyirlər.

 

Atmosferin yuxarı qatlarında olan ozon, zərərli ultrabənövşəyi şüaların yer səthinə çatmasının qarşısını almağa kömək edir, eyni zamanda, yer səviyyəsində əksər şəhərləri çirkləndirən tüstünün mühüm tərkib hissəsidir.

 

Ozon atmosferdə adətən avtomobillər və ya sənaye tərəfindən buraxılan iki çirkləndiricinin günəş işığının iştirakı ilə birləşməsi nəticəsində baş verən kimyəvi reaksiya nəticəsində əmələ gəlir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev