Limfaedema: Yaranma səbəbləri
16.03.2023 14:10

Limfaedema orqanizimdə limfa dövranının anadangəlmə və ya qazanılmış səbəblərdən pozulması nəticəsində tez-tez qol və ayaqlarda, nadir hallarda gövdədə şişkinliklə müşahidə olunan zülalla zəngin mayenin dərialtı toxumalara toplanmasıdır.

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov sosial şəbəkədə məlumat paylaşıb.

 

Limfaedemanın yaranma səbəblərindən bəhs edən fizioterapevt bildirib ki, limfaedema birincili və ikincili olmaqla 2 cür olur.

 

Birincili (anadangəlmə) limfedema. Limfa damarlarının anadangəlmə patologiyaları ilə əlaqəlidir. Bir qayda olaraq, uşaqlıq və yeniyetməlik (xəstələrin 80%-i 18 yaşa qədər olan qızlardır) dövründə inkişaf edir. Daha çox aşağı, nadir hallarda yuxarı ətrafları zədələyir. Adətən, ikitərəfli olur. İrsi limfedema (Nonne-Milroy sindromu, Meige sindromu) 6% təşkil edir. Qalan 94% hallarda xəstəlik limfa damarlarının anadangəlmə aplaziyası və ya hipoplaziyası səbəbindən inkişaf edir. Kompensə olunmuş birincili limfedema tez-tez hamiləlikdən və ya travmalardan sonra sürətlə proqressivləşir.

 

İkincili (qazanılmış) limfedema. Limfatik sistemin zədələnməsi infeksiyalar (məsələn, qızılyel iltihabı), travmalar, yanıqlar, limfa düyünlərinin kənarlaşdırılması və ya zədələnməsi ilə əlaqəli cərrahi müdaxilələrlə bağlıdır. Limfa axınının çətinləşməsi venoz dövranın pozulması (qasıq limfa düyünlərinin şüalandırılması və ekstirpasiyası) ilə müşayiət olunduqda patologiya daha ağır keçir. Birincili ilə müqayisədə ikincili limfedemaya daha çox rast gəlinir.

 

P.Əkbərov qeyd edib ki, limfaedema müxtəlif tip xərçəng, əməliyyat və ya şüa terapiyasından sonra inkişaf edə bilər.  Xüsusilə süd vəzisi, prostat və aşağı qarın nahiyyəsi xərçəng sonrası yaranır. Süd vəzisi əməliyyatlarından sonra qoltuqaltı limfa düyünlərinin çıxarılması sonrası yaranan limfaedemanın yaranma ehtimalı təxminən 25%-dir.

 

Onun sözlərinə görə, əməliyyat nə qədər böyük və çıxarılan limfa düyünlərinin sayı nə qədər böyük artarsa, əməliyyat sonrası şüa terapiyasının tətbiq edilərsə limfaedemanın yaranma riski yüksələcəkdir.
Əməliyyat və şüa terapiyasından 6-8 həftə sonra inkişaf edən limfaedema ən gec müalicəyə tabe olan tip limfaedema sayılır.  Bu tip limfaedema ən çox rastgəlinən, aylar və ya illər ərzində yavaş-yavaş irəliləyən tip hesab edilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev