Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nümayəndə heyəti Naftalanda ezamiyyətdə olub
13.03.2023 13:44

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, prof. Sədaqət Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti Naftalan şəhərində ezamiyyətdə olub.
 

İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, nümayəndə heyəti Naftalan şəhər İcra Hakimiyyətində görüş keçirib.


Görüş zamanı Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov və digər məsul şəxslər kurort şəhərinin sanator-kurort müəssisələrinin fəaliyyətindən danışıb və institutun əməkdaşları ilə birlikdə bu sahədə qarşıda düran vəzifələr haqqında müzakirələr aparıblar.

 

Sonra nümayəndə heyəti naftalanla müalicənin geniş təmsil olunduğu “Çinar” otelini ziyarət edərək, müalicə şöbələrinin yüksək səviyyəli xidməti ilə yerində tanış olublar.

 

Mövcud şərait haqqında məlumat aldıqdan sonra Naftalan şəhərində kurort industriyasının inkişaf etdirilməsi və modernləşdirilməsi üçün sanator-kurort müəssisələri ilə birlikdə geniş elmi-praktik fəaliyyət haqqında razılığa gəlinib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev