Gültəkin Əliyevanın 70 illik yubileyi qeyd edilib
11.03.2023 19:20

Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsində Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyevanın 70 illik yubileyi qeyd olunub.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, yubiley tədbiri çərçivəsində G.Əliyevanın Azərbaycan dilində çap olunmuş “Ginekologiya” adlı dərs vəsaitinin təqdimatı da keçirilib.

 

Tədbirdə NDU-nun rektoru Elbrus İsayev yubilyarın beynəlxalq və yerli konfranslarda iştirakından, tibb təhsilinin inkişafına verdiyi töhfələrdən söz açıb. Bildirib ki, G.Əliyevanın məhsuldar elmi axtarışlarının nəticəsində bu gün tibb sahəsinə əhəmiyyətli olacaq dərs vəsaitinin təqdimatının keçirilməsi sevindirici haldır.

 

Yubilyarı 70 illik yubileyi münasibətilə təbrik edən rektor ona universitetin Fəxri fərmanını təqdim edib.

 

Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti Cəbi İsmayılov və digərləri G.Əliyevanı 70 illik yubileyi və nəfis tərtibatda çap olunan kitabı münasibətilə təbrik ediblər.

 

Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində tibbi kadrların yetişdirilməsinə xidmət edən yubilyar 44 məqalənin, 5 dərs vəsaiti, 2 metodik vəsait və “Qızlarla səmimi söhbət” kitabçasının müəllifidir.

 

Vurğulanıb ki, Elm və Təhsil Nazirliyinin qrifi ilə çap edilən və ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunan “Ginekologiya” adlı dərs vəsaiti universitetin Tibb fakültəsinin, Azərbaycan Tibb Universitetinin müəllim və tələbə heyəti, eyni zamanda həkim-ginekoloqlar üçün nəzərdə tutulub.

 

Sonda Gültəkin Əliyeva tədbirin təşkilində əməyi keçənlərə, eləcə də iştirakçılara xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirib.


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır