Həyat yoldaşı hərbçi olan həkim: "Yerində möhkəm ol, sənə orada ehtiyac var"
07.10.2020 12:21

Mən uşaq olanda qonşuluğumuza yurdlarından didərgin salınmış soydaşlarımız yerləşmişdi. Tarix müəllimim Füzulidən məcburi köçkün düşmüşdü. Sinif yoldaşımgil Laçından çıxarkən xəstə anasını gətirə bilməmişdilər... İllər ötsə də, bu problem öz həllini tapmadı. Əminəm ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı buna son qoyacaq, yaralarımıza məlhəm olacaq.

 

Bu sözləri müsahibəsində Naxçıvan şəhər sakini, həkim Mətanət Səfərova deyib.

 

“O vaxtlar atam könüllü Qarabağa getmişdi. Bizim uşaqlığımız hərbi mahnılar öyrənməklə keçdi. Atam müharibədən gələndə Fəxri xiyabanda dəfn olunan dostlarını yad edirdik və bu günədək mən Qarabağ ilə əlaqəli görüntülərə baxa bilmirdim, ürəyim parçalanırdı. Axı, bu vəhşiliyə necə susmaq olar?” – deyən Mətanət Səfərova vurğulayıb ki, indi fərəhlənir: “Əlimdə olsa, o səngərdə əsgərlərimizlə birlikdə döyüşərəm! Bu gün xalqımızla daha çox fəxr edirəm, necə böyük xalq olduğumuzu bütün dünya bir daha gördü”.

 

Mətanət Səfərova deyib: “Həyat yoldaşım hərbçidir. O, evə gəlməsə də, mən narahat deyiləm, var gücümlə uşaqlara onun yoxluğunu hiss etdirməməyə çalışıram. Ona bir sözüm var, yerində möhkəm ol, sənə orada ehtiyac var. Biz ordumuza da, Prezidentimizə də inanırıq, yetər ki, qanımız yerdə qalmasın!”

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir