Yüksəl Hüseynli: "Uşaqlarda geniş yayılmış Koksaki virusuna tez-tez rast gəlinir"
19.10.2022 23:18

Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Pediatriya şöbəsinin pediatrı Yüksəl Hüseynli “Uşaqları mövsümi xəstəliklərdən qorumağın yolları” barədə suallarımızı cavablandırıb.

 

- Uşaqlarda payız aylarında rast gəlinən xəstəliklər hansılardır?

 

- Payız aylarının başlaması ilə əlaqədar uşaqlarda qrip, sinusit, faringit, laringit, otit kimi yuxarı tənəffüs yolu infeksiyaları, bronxit və pnevmoniya kimi aşağı tənəffüs yolu infeksiyaları, eləcə də bu günlərdə geniş yayılmış Koksaki virusuna tez-tez rast gəlinir, qusma və ishal hallarının sayında artış baş verir. Bu hala əsasən bağça və məktəb yaşlı uşaqlarda rast gəlinir. Səbəb isə immun sistemi hələ tam inkişaf etməmiş uşaqların qapalı mühitdə bir-biri ilə yaxın təmasda olmalarıdır. İl ərzində uşaqların 6-8 dəfə müxtəlif tənəffüs yolu xəstəlikləri keçirməyi normaldır.

 

- Bəs uşaqları xəstəliklərdən qorumaq üçün nə etmək lazımdır?

 

- Xəstəliklərdən qorunmaq üçün, ilk növbədə, körpələrə mütləq 2 yaşa qədər ana südü verilməlidir. Bundan başqa, uşaqların peyvəndləri vaxtında müvafiq qaydada vurulmalı, uşaqlar olan otağın temperatur və nəmişliyinə, havasının tez -tez dəyişməyinə fikir verilməlidir. Həmçinin uşaq olan evdə siqaret çəkilməməyinə üstünlük verilməli, uşaqlarda əlləri tez-tez yuma vərdişi yaradılmalı, xəstə insanlarla təmasın qarşısı alınmalıdır.

 

- Xəstəliklərdən qorunmaq üçün qidaya necə diqqət edilməlidir?

 

- Uşaqlar tək çeşidli qidalandırılmamalı, karbohidrat, zülal və yağlar balanslı şəkildə verilməli, meyvə, tərəvəzə üstünlük verilməlidir. Qida rasionunda hər gün yumurta olmalı, həftədə 1-2 dəfə balıq yeyilməlidir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Yüksək hərarət və tənəffüs yolu infeksiyası əlamətləri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə sağlamlığına qovuşub
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Göygöldə tibbi müayinə aksiyası: Rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib