"Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik 2 litrə yaxın su qəbul edin" - Barat Yusubov
11.03.2023 11:50
Böyrək daşı problemindən əziyyət çəkən şəxslər tərkibində oksalat maddəsi olduğu üçün xüsusən çərəz, ispanaq və kakao istehlakını azaltmalıdırlar.
 
Bu barədə Aztibb.az-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-nefroloqu Barat Yusubov deyib.
 
Protein, kalsium və xüsusilə də pomidorda olan oksalat maddəsinin böyrəklərin fəaliyyətinə mənfi təsir göstərdiyini deyən mütəxəssis bildirib ki, böyrək daşı olanlar protein qəbuluna diqqət etməlidirlər. Əgər yemək qəbulu zamanı protein qəbul edirsizsə (hər hansı ət və ya ət məhsulu), digər yemək qəbulu zamanı lifli qidalara üstünlük vermək, əgər səhər çox miqdarda pendir yeyirsinizsə, günorta ət xörəyi yemək məsləhətdir.
 
Nefroloqun sözlərinə görə, kifayət qədər su istehlakı maddələr mübadiləsinə müsbət təsir edir: “Beləliklə, böyrəklərdə kristallaşma azalır, mövcud olan kiçik kristallar orqanizmdən ifraz olunur. Az su içildiyində isə, maddələr mübadiləsi zəifləyir və böyrəklərdə daş əmələ gəlməsinə səbəb olan kalsium, oksalat kimi maddələr kristallaşmağa başlayır, zaman keçdikcə daşa çevrilir. Böyrəklərinizdə daş əmələ gəlməməsi üçün gündəlik olaraq 2 litrə yaxın su qəbul edin. Əgər siz 2 litr su içib, gündəlik o suyun bədəndən ifraz olmadığını, şişkinlik yaratdığını hiss edirsinizsə, su miqdarını azaltmalı və həkimə müraciət etməlisiniz".
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev