İspaniya qripə qarşı rekord vaksinləşməyə keçmək niyyətindədir
07.10.2020 08:55

İspaniyanın səhiyyə orqanları yaşı 65-dən yuxarı olanlar və tibb personalı arasında immunizasiyanın 75 faizə çatdırılmasına çalışır.

 

COVID-19 pandemiyasının ikinci dalğasının güclənməsi yaxın aylarda səhiyyə sistemində müəyyən problemlər yarada bilər. İspaniyanın Səhiyyə Nazirliyi və muxtar icmaları bu ilin payızında qripə qarşı vaksinlərin rekord həddə çatdırılmasına nail olmaq barədə razılığa gəliblər.

 

Səhiyyə orqanları sözügedən vaksinasiyanın yaşı 65-dən yuxarı olanların 75 faizini, tibbi personalının, o cümlədən, hamilə qadınların və digər patologiyalı gənc xəstələrin 60 faizini əhatə edəcəyini vurğulayıb.

 

İspaniya Vaksinləmə Assosiasiyasının (AEV) prezidenti Amos Qarsiyanın sözlərinə görə, bu, ölkənin səhiyyə sahəsində bu vaxta kimi həyata keçirilmiş ən vacib kampaniyadır. Vaksinləmə ciddi simptomların, xəstəxanaya yerləşdirilənlərin və ölüm hallarının sayının azaldılmasında mühüm rol oynayacaq.

 

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 813 min 412 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 32 min 225 nəfər isə həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır