Tanınmış həkim Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat ianə edib
07.10.2020 00:19

Tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov ordumuza 50 min manat ianə edib.

 

Moderator.az-a danışan R.Mahmudov pulu xaricdə yaşayan soydaşlarımızın göndərdiyini bildirib:

 

“Bu pulu xaricdə yaşayan soydaşlarımız göndərib. Karantin dövrü elan olunanda mən Rusiyada yaşayan dostlarımdan birinə Gədəbəydə kasıb ailələrə maddi yardım etmək üçün müraciət etdim. Bir saatın içində 48 nəfər soydaşımız yardım etməyə hazır olduqlarını bildirdi və mənim təmiz, saf adam olduğuma inandıqları üçün pulu mənə göndərdilər. Onda 253 ailəyə köməklik etdik.

 

İndi də bildiyiniz kimi müharibə gedir, ordumuzun bu pula heç ehtiyacı da yoxdur, çünki hərbi büdcəmiz düşmən büdcəsindən qat-qat çoxdur. Amma ordumuza dəstək olmaq üçün xaricdə yaşayan soydaşlarımıza müraciət edəndə onlar hamısı bir nəfər kimi bu təşəbbüsə qoşulmaq istədiklərini bildirdilər. Ümumilikdə 50 min manat pul yığıldı və onu da mən Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüm. Bu bir tarixdir. Bu bir nümunədir və imkanı olan hər bir kəs bizim təşəbbüsümüzə qoşulmalıdır".

 

O, həmçinin iş yoldaşları ilə birlikdə maaşlarıın əlli faizini və xaricdə yaşayan soydaşlarımızın göndərdiyi vəsaitlə Gədəbəydə beş şəhid ailəsinə, eləcə də döyüşdə ayağını itirən bir əsgərə köməklik edəcəklərini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır