İcbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində daha bir mürəkkəb əməliyyat uğurla icra olunub - "Yeni klinika”da
06.03.2023 16:49
“Yeni klinika” tibb müəssisəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində daha bir mürəkkəb əməliyyat uğurla icra olunub.
 
Klinikadan Aztibb.az-a verilən məlumata görə, tibb müəssisəsinə “kəskin bağırsaq keçməzliyi, kəskin sidik ləngiməsi” şikayətləri ilə daxil olan pasiyentdə aparılan kompleks müayinələr nəticəsində qarın boşluğunda bütün çanağı tutan və oradan sağrı nahiyəsinə qədər uzanan 20-25 sm ölçüsündə irihəcmli törəmə aşkar olunub.
 
Sidik axarlarına, sidik kisəsinə, yoğun ve düz bağırsağa, magistral damarlara bitişərək sıxışdıran törəmənin götürülməsi üçün pasiyent əməliyyata alınıb.
 
Ümumi cərrahlar Elşən Qədimov, uzman həkim Elçin Əlizadə və anestezioloq-reanimatoloq Lalə Əliyevanın iştirakı ilə baş tutan əməliyyatda törəmənin qonşu orqanlara zərər vermədən xaric edilməsinə nail olunub.
 
Uğurla icra olunan əməliyyatdan bir neçə gün sonra pasiyent ambulator müalicə üçün evə buraxılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev