Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) I və II Mamalıq-ginekologiya kafedralarının dəstəyi ilə seminar keçirilib.
ATU-dan Aztibb.az-a verulən xəbərə görə, seminarda TCK-nın laboratoriya müdiri Elxan Nağıyev, Türkiyənin İstinye Universitetinin genetika mütəxəssisi Afiq Axundov iştirak ediblər.
Tədbirdə I Mamalıq-ginekologiya kafedrasının dosenti Natəvan Axundova ayrı-ayrı klinik hallar zamanı genetik xəstəliklərin araşdırılması, prenatal diaqnostika barədə məlumat verib.
İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışda anamnezidə İxtiyoz, Peyerson və Şarkot-maritut xəstəliyi, qeyri-immun hidropsun genetik markerləri aşkar olan uşaq doğmuş, vərdişli düşükləri olan qadınların xəstəlik tarixləri təqdim olunub.
Bundan sonra konkret klinik hallar, xromosom və gen xəstəliklərində müayinə alqoritmi müzakirə edilib.

