Karlıq və zəif eşitmənin qarşısını almaq üçün hansı tədbirləri görmək olar? - Otorinolarinqoloq AÇIQLADI
03.03.2023 16:22
Aztibb.az “Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, tibb üzrə fəlsəfə doktoru Elvin Əzizovun “Karlıq və zəif eşitmənin qarşısını almaq üçün hansı tədbirləri görmək olar?” sualı ilə bağlı fikirlərini təqdim edir.
Aztibb.az Hospitala istinadla xəbər verir ki, həkim bildirib ki, karlıq və eşitmə zəifliyi anadangəlmə və qazanılmış olur. Anadangəlmə karlıga və eşitmə zəifliyinə irsi meyillilik, genetik xəstəliklər və ananın hamilə vaxtı, xüsusilə də, ilk trimestrdə keçirmiş oldugu infeksion xəstəliklər, alkoqol və siqaret kimi zərərli vərdişlərdən istifadə, keçirdiyi daimi stress və eləcə də vaxtından əvvəl doguşlar səbəb olur.
"Qazanılmış karlıq və eşitmə itkisi istər uşaq yaşlarında, istərsə də böyüklərdə həm iltihabi xarakterli olub, yuxarı tənəffüs yollarının patologiyalarına baglı olaraq keçirilmiş kəskin və xroniki orta otitlərdən sonra, həm qulaga olan mexaniki travmalar və həm də yuksək səs və küylərin daimi və intensiv təsirindən sonra eşitmə siniri travmasına baglı olaraq yaranır, həmçinin, keçirilmiş infeksion xəstəliklər və düzgün təyin edilməmiş bəzi ototoksik dərman preparatlarının qəbulundan sonra da yarana bilər", - deyə otorinolarinqoloq qeyd edib.
Sadalanan həm anadangəlmə, həm də qazanılmış eşitmə itkisi vaxtında aşkar edilərsə, müalicə və reabilitasiyası müsbət nəticələr verir. Bundan başqa, qulağın xroniki infeksiyalar (məxmərək, qızılca, parotit, meningit xəstəlikləri nəticəsində yaranan), həmçinin bəzi dərman preparatları və ətraf mühitin zərərli faktorları eşitmə qabiliyyətinin itirilməsinin və ağır eşitmənin əsas səbəbləri hesab edilir.
"Bir həkim kimi tövsiyə edərdim ki, eşitmə itkisi profilaktikası üçün qulaqcıqlarla yüksək tonlarda musiqiyə qulaq asmayın, yüksək səs və küylü mühitlərdə olmaqdan yayının, qulaqlarınızda tutqunluq, eşitmə zəifləməsi və ani eşitmə itkisi hiss etdikdə dərhal mütəxəssisə müraciət edin".
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

