İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 2022-ci ilin yekunlarına dair HESABATI
02.03.2023 12:05

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2022-ci ilin yekunlarına dair illik hesabatını təqdim edib.

 

Aztibb.az İSİM-ə istinadla xəbər verir ki, hesabatda İSİM-in fəaliyyəti, təşkil olunan tədbir və təlimlər, aparılan sorğu və tədqiqatlar, istifadəyə verilən innovativ vasitələr, bir sözlə Mərkəz tərəfindən ötən il görülən işlər barədə məlumatlar öz əksini tapıb.

 

Hesabat ilində İSİM tərəfindən 150-dən çox tədbir, təlim, aksiya, konfrans keçirilib, Bakı şəhəri üzrə 42, eyni zamanda 5 rayon üzrə 25 kənddə COVID-19 məntəqələri monitorinq edilib, isim.az rəsmi internet səhifəsində 94 xəbər paylaşılıb, İSİM-in ictimai səhiyyə mütəxəssislərinin televiziya kanalları, saytlar və radiolara 100-dən çox müsahibəsi təşkil edilib, 55 maarifləndirici çap materialı hazırlanaraq çap olunub, əhalinin tibbi maarifləndirilməsi məqsədi ilə İSİM-in Facebook səhifəsində “Zoom” platforması üzərindən 6 canlı yayım təşkil edilib, sağlam həyat tərzinin təbliği, erkən nikahın fəsadları, yeniyetmələrdə reproduktiv sağlamlıq, mobil telefon, kompüter asılılığı və s. mövzularla bağlı 15 maarifləndirici qısa video-çarx hazırlanaraq sosial səhifələrə yerləşdirilib.

Hesabatın tam mətni ilə isim.az saytında tanış olmaq mümkündür:

 

https://www.isim.az/upload/File/docs/hesabat2022.pdf

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır