Kəskin ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına daxil olan pasiyentin əməliyyatı uğurla nəticələnib
02.03.2023 12:16

2002-ci il təvəllüdlü Xavər Nəzirova 10 yanvar 2023-cü il tarixində Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə beyin qan dövranının hemorragik tipli pozulması, beyindaxili qanaxma, beyin ödəmi, sağtərəfli hemotoraks, inkişafdan qalmış 16 həftəlik hamiləlik, anemiya və sepsis diaqnozları ilə kəskin ağır vəziyyətdə daxil olub.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

 

Bildirilib ki, xəstənin durumu ilə bağlı TƏBİB tərəfindən dəfələrlə konsilium keçirilib və ölkənin tanınmış mütəxəssisləri cəlb ediliblər.

 

Pasiyent xəstəxanaya daxil olduğu andan Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri, reanimatoloq-anestezioloq Samirə Məmmədova və reanimasiya heyətinin nəzarəti altında olub.

 

Konsiliumun qərarlarına əsasən müxtəlif tarixlərdə neyrocərrah Elşən Ağabalayev, cərrah-ginekoloq Yaşar Həsənov və ümumi cərrah Fuad Qurbanov tərəfindən bir neçə əməliyyat icra edilib.

 

Xəstəxanada yatdığı müddətdə mütəmadi olaraq infeksionist Natiq Əliyev tərəfindən konsultasiya olunub.

 

Xavər Nəzirovanın vəziyyəti TƏBİB və xəstəxana rəhbərliyinin daim diqqət mərkəzində olub.
01.03.23 tarixində xəstə nisbi-stabil şəkildə, reabilitasiyasının davam etdirilməsi şərti ilə evə buraxılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev