Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi müasir tibbi avadanlıqlarla təchiz olunub
01.03.2023 18:18

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin və Təcili təxirəsalınmaz tibbi yardım bölməsinin əsaslı təmirdən sonra açılışı olub.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və b. iştirak ediblər.

 

Könül Ələkbərov 1982-ci ildə yaradılmış Toksikologiya şöbəsi və Təcili təxirəsalınmaz tibbi yardım bölməsində olan yeniliklər, yaradılan şəraitlə bağlı ətraflı məlumat verib. Bildirib ki, Qafqazda ilk kəskin kimyəvi zəhərlənmələrin müayinəsi və müalicəsi ilə məşğul olan Toksikologiya şöbəsi artıq tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub.

 

Diqqətə çatdırılıb ki, Toksikologiya şöbəsində zəhərlənmiş qanın təmizlənməsi üçün ən müasir ekstrakorporal metodlardan istifadə edilir. Şöbə süni tənəffüs aparatları, defibrilyator, EKQ aparatları, təcili yardım arabaları ilə təchiz edilib.

 

Bundan başqa, şöbədə kəskin dərman zəhərlənmələrində effektiv olan hemosorbsiya (qanın təmizlənməsi) üçün müasir avadanlıqlar, o cümlədən kəskin böyrək çatışmazlığı halları üçün 2 yerlik hemodializ və osmos aparatı da var. Həmçinin kəskin dəm qazı zəhərlənmələri üçün Barokamera bölməsi yenidən bərpa edilib. Yeyici turşularla zəhərlənmə zamanı yemək borusunun, mədə və onikibarmaq bağırsağın müayinəsi üçün ən müasir endoskopiya otağı yaradılıb.

 

Bildirilib ki, əsaslı təmir olunan Təcili təxirəsalınmaz tibbi yardım bölməsi isə 6 müşahidə çarpayısı, bir canlandırma otağı (CPR), rentgen və kompüter tomoqrafiya cihazı (KT) ilə təchiz edilib. Əlavə olaraq bölmədə tam müşahidə-kamera sistemi quraşdırılıb ki, bu da xəstələr və xidmət göstərən tibb işçilərinin izlənilməsinə imkan yaradır.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev