Müxtəlif profillər üzrə rast gəlinən nadir xəstəliklərə dair müzakirələr aparılıb
01.03.2023 15:26

Azərbaycanda ilk dəfə Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilən elmi simpozium keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, tədbir Pasiyent Təşkilatları İttifaqı ilə Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

Simpoziumda TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov “Nadir xəstəliklərdə fizioterapiya və reabilitasiyanın rolu” adlı təqdimatla çıxış edib.

 

TƏBİB-in departament rəhbəri Teymur Mirzəbəyli isə çıxışında nadir xəstəlikləri olan vətəndaşların sayının az olmasına baxmayaraq, bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi işlərin görüldüyünü diqqətə çatdırıb.

 

Daha sonra M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Naidə Hüseynzadə “Hemofiliya və onun müasir müalicəsi” mövzusunda məruzə ilə çıxış edib.

 

Elmi simpoziumda müxtəlif profillər üzrə rast gəlinən nadir xəstəliklər haqqında Azərbaycanın aparıcı mütəxəssisləri tərəfindən məlumatlar verilib.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev