Elmi-Tədqiqat Pediatriya İnstitutunda TƏYİNAT - Yeni direktor təyin edilib
01.03.2023 14:40

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, Lətif Zeyniyev 2003-cü ildə Azərbaycan Tibb Universitetinin (ATU) Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib. ATU-nun Uşaq cərrahlığı kafedrasında əyani aspirantura təhsili alıb.

 

Dissertasiya işini uğurla müdafiə edən L.Zeyniyev 2010-cu ildə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Tibb üzrə fəlsəfə doktoru” alimlik dərəcəsini alıb.

 

O, 2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent - həkim, mütəxəssis - həkim, baş mütəxəssis - həkim, idarəedici baş mütəxəssis - həkim vəzifələrində fəaliyyət göstərib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev