"Qalxanabənzər vəzi iltihabi xəstəlikləri" mövzusunda seminar təşkil edilib  
01.03.2023 13:34
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında rezidentlər üçün növbəti seminar baş tutub.
 
Klinkadan Aztibb.az-a verilən xəbərə görə, rezidentlər qarşısında "qalxanabənzər vəzi iltihabi xəstəlikləri" mövzusunda klinikanın həkim-endokrinoloqu Sevil Mustafayeva çıxış edib.
 
Məruzəçi bildirib ki, qalxanabənzər vəzi iltihabi xəstəliklərinə autoimun tireoidit, toksik ur, postpartum tireoidit, kəskin və yarıkəskin, amiadaron və sitokin induksiyalı, palpator, Ridl tireoiditləri aiddir.
 
Tireoditlər haqqında ətraflı məlumat verən həkim qeyd edib ki, "kəskin" tireoiditi bakteriyalar yaradır. Çox vaxt burun-boğaz infeksiyası ilə əlaqəlidir (tonzillit, sinusit, larinqit və s.). Qanda olan hər hansı bir infeksiya iltihab səbəbi ola bilər lakin əksər hallarda Staphylococcus, Streptococcus, Klebsiella sp, Enterobacteriace səbəb olur.
 
S.Mustafayeva "kəskin qeyri-irinli" və "yarımkəskin" tiroiditlərdən də danışıb. O, bildirib ki, kəskin qeyri-irinli tiroidit radiasiya terapiyasından sonra, vəzin mexaniki zədələnməsi ilə baş verir. Yarımkəskin tiroidit isə ağır virus infeksiyasına reaksiya olaraq inkişaf edir (parotit, qrip, qızılca və s.). Funksional hüceyrələr məhv edilir, hormonlar qana daxil olur və anormal immun reaksiyaya səbəb olur.
 
Haşimoto autoimun tiroiditindən danışan məruzəçi, bu tiroiditin insan orqanizmində müəyyən növ antigenlərin sintezinə təsir edən mutasiyalarla xarakterizə olunduğunu bildirib. O, qeyd edib ki, immun sistemi vəzinin sağlam toxumasına yad formasiya kimi reaksiya verməyə başlayır və normal hüceyrələrə hücum edərək patoloji dəyişikliklərə səbəb olan xüsusi zülalların sintezinə başlayır. İmmunokompetent strukturların cəlb edilməsi səbəbindən iltihab uzanır.
 
Həkim tiroiditlərin müalicəsi haqqında da ətraflı məlumat verib. İlk öncə kəskin tiroiditin müalicəsindən danışan məruzəçi erkən diaqnostika ilə bu tiroiditin tamamilə yox olduğunu, xəstənin müalicəyə başladıqdan 1-2 ay sonra sağaldığını qeyd edib. Onun sözlərinə görə, xəstəliyin irinli formaları hipotireoza səbəb ola bilər. "Yarımkəskin tiroidit müalicənin başlanmasından 2-3 ay sonra sağalma ilə başa çatır. İnkişaf etmiş hallarda, bu formada xəstəlik uzun bir kurs alır və ya xroniki olur. Autoimun tiroiditi dərmanların düzgün seçilməsi ilə yavaşlatmaq və ya tamamilə dayandırmaq olar. Ridel tiroiditi uzun illər lifli proseslərin inkişafı və tiroid funksiyasının azalması ilə davam edir"-deyə o, bildirib.
 
Seminarın sonunda klinikanın həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev