Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri Azad Quliyev - Həkimlərimizi tanıyaq!
28.02.2023 20:37

Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında Sizlərə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki Akademik Z. Məmmədov adına xəstəxananın rəhbəri Azad Quliyevi təqdim edirik.

 

Azad Quliyev 22 sentyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 1982-1983-cü illərdə Bakı şəhər 2 saylı Klinik xəstəxanasında internatura kursu keçib.

 

O, 1983-1992-ci illərdə Gəncə şəhər Təcili tibbi Yardım xəstəxanasında həkim-cərrah kimi çalışıb. 1992-1995-ci illərdə Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunda cərrahiyyə ixtisası üzrə aspirantura təhsili alıb və dissertasiya işini uğurla müdafiə edib. 1995-2006-cı illərdə Gəncə şəhər Z.Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanasında II Cərrahiyyə şöbəsində şöbə müdiri, 2006-2019-cu illərdə həmin xəstəxananın baş həkimi, 2019-2020-ci illərdə isə Abbas Səhhət adına xəstəxanada baş həkim vəzifələrində çalışıb. 

 

Bir neçə gün öncə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Akademik Z.Məmmədov adına xəstəxananın rəhbəri vəzifəsini icra etmək tibb üzrə fəlsəfə doktoru Azad Quliyevə həvalə olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır