Genetik Ehtiyatlar İnstitutunun gənc əməkdaşı dosent elmi adına layiq görülüb
28.02.2023 19:10

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin müdiri, b.ü.f.d. Hacıyev Elçin Saday oğluna “2409.01 -Genetika” ixtisası üzrə dosent elmi adı verilib.

 

Aztibb.az-ın xəbərinə görə, Elçin Hacıyev 2017-ci ildə professorlar Ramiz Əliyev və Ram Şarmanın elmi rəhbərliyi ilə “Bərk (T.durum Desf.) və yumşaq (T.aestivum L.) buğda genotiplərinin terminal istiliyə davamlılığının və genetik müxtəlifliyinin tədqiqi” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

Alimin 30-a yaxın elmi məqaləsi Web of Science və SCOPUS bazalarında indeksləşən impakt faktorlu jurnallarda yayımlanıb və beynəlxalq elmi əsərlərinə 100-ə yaxın istinad edilib.

 

Dosent Elçin Hacıyev hazırda Genetik Ehtiyatlar İnstitutunda elmlər doktoru hazırlığı üzrə doktoranturada təhsilini davam etdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır