İcbari tibbi sığorta üzrə sığorta haqqının ödənilməsinə nəzarət qaydası müəyyənləşdi  
06.10.2020 16:19

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət Qaydası”nın təsdiqlənməsi haqqında qərarını şərh edib.

 

Kabinetdən Aztibb.az-a verilən məlumata görə, “Tibbi sığorta haqqında" qanuna əsasən, Əmək Məcəlləsinə uyğun olaraq hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslərə (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri), eləcə də mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Bu Qayda isə yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən aparılan nəzarət qaydasını müəyyən edir.

 

Burada nəzərdə tutulmuş sığortaolunanlar üzrə illik sığorta haqqı minimum aylıq əməkhaqqının 48 faizi həcmində müəyyənləşdirib və sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilməlidir.

 

Əgər sığortaolunanlar üçün sığorta haqqını ödəmək öhdəliyi təqvim ili ərzində yaranarsa, həmin şəxslər üçün minimum aylıq əməkhaqqının 48 faizi həcmində müəyyənləş illik sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq.

 

Sığortaolunan tərəfindən ödənilməli olan sığorta haqqının hesablanmasına nəzarət sığorta haqqını ödəmək öhdəliyi yarandığı andan etibarən İcbari Tibbi Sığorta Dövlət Agentliyinin məlumat bazası vasitəsilə sığortaolunanın FİN-i üzrə elektron şəkildə aparılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır