Limfodrenaj proseduru metabolik prosesləri yaxşılaşdırmağa, ödemi aradan qaldırmağa kömək edir
28.02.2023 10:10
Məlum olduğu kimi, limfa hüceyrələrdən zərərli maddələri - toksinləri çıxarır. Limfa hərəkətsiz qaldıqda və sirkulyasiya etmədikdə, orqanizmdən çıxarılmalı olan bütün zərərli maddələr yerində qalır. Nəticə heç də ürəkaçan olmur: insan hormonal pozuntulardan, sellülitdən, şişkinlikdən, qırışlardan və bir çox başqa xəstəliklərdən əziyyət çəkir.
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının fizioterapevti Afət Çəndirli “Həkim məsləhəti” rubrikasında “Limfodrenaj proseduru nədir?” mövzusunda çıxışı zamanı məlumat verib.
O, bildirib ki, müasir həyatda bəzən sadə qaydalara riayət etmək o qədər də asan olmur. Məhz bu şəraitdə köməyə limfodrenaj gəlir.
Limfodrenaj metabolik prosesləri yaxşılaşdırmağa, ödemi, gərginliyi aradan qaldırmağa, limfanın bədəndə sərbəst hərəkətini normaya salmağa və limfa mayesinin dövranını bərpa etməyə yönəlmiş bir terapevtik prosedurdur. Limfodrenaj proseduru - limfa axınının normallaşdırılması və gücləndirilməsi üçün nəzərdə tutulmuşdur. Bu prosedur bədənin müxtəlif hissələrini təzyiq altında sıxıb açan hava dalğasıdır. Onun köməyi ilə limfatik və venoz qan dövranını gücləndirmək, əzələləri canlandırmaq, yığılmış toksinləri, yağların parçalanma məhsullarını aradan qaldırmaq, durğun mayeni orqanizmdən uzaqlaşdırmaq mümkündür.
Limfodrenaj, həmçinin, bədənin gözəl formada saxlanması məqsədilə kosmetik müalicə proseduru kimi də tətbiq edilir.
Həkim bildirib ki, limfodrenaj proseduru başqa fizioterapevtik prosedurlarla: kinezioteyp, kompressiya terapiyası və s. prosedurlarla кompleks şəkildə tətbiq edildikdə daha yaxşı nəticə verir.
Əks göstərişlərə gəldikdə isə, limfodrenaj proseduru hamiləlik dövründə, dəri xəstəliklərində, onkoloji xəstəliklərdə, ürək-damar sistemi xəstəliklərində, tromboz zamanı və hormonal pozuntuları olan xəstələrə məsləhət deyil.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

