İPİN və AMR-ə qarşı mübarizənin təşkili ilə bağlı təcrübə mübadiləsi aparılıb
27.02.2023 16:44
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi infeksiyaların profilaktikası və infeksion nəzarət (İPİN), eləcə də antimikrob rezistentlik (AMR) barədə xarici ölkələrin təcrübəsi, həmçinin ÜST-nin son tövsiyələrinin öyrənilməsi məqsədilə İPİN işçi qrupunun İsveç və Danimarkaya tədris turunu təşkil edib.
 
 
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tədris turu Səhiyyə Nazirliyi və TƏBİB-in İPİN və AMR-ə qarşı mübarizədə ÜST-lə fəaliyyətləri çərçivəsində gerçəkləşib.
 
Səfərdə TƏBİB-in sözügedən proqramların tabeli tibb müəssisələrində tətbiqi ilə məşğul olan Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin və Beynəlxalq təşkilatlarla iş şöbəsinin əməkdaşları iştirak ediblər.
 
Tur zamanı İsveçin Stokholm şəhərində yerləşən İctimai Səhiyyə Agentliyi və ÜST-nin Əməkdaşlıq Mərkəzi ziyarət olunub, qurumlararası tanışlıqdan sonra İPİN və AMR-ə qarşı mübarizənin təşkili ilə bağlı təcrübə mübadiləsi aparılıb. Həmçinin aidiyyəti üzrə Azərbaycan və İsveç təcrübəsi barədə məlumatlar verilib, Azərbaycanda bu işlərin təkmilləşdirilməsinə dəstək olmaq məqsədilə müzakirələr baş tutub.
 
Bundan başqa, qrup üzvləri İPİN və AMR ilə mübarizəyə cavabdeh olan qurumlara, o cümlədən ÜST-nin Əməkdaşlıq Mərkəzi, İsveçin Karolinska İnstitutunun Neonatal Mərkəzi, Klinik Mikrobiologiya, Diaqnostika Mərkəzi və digər müəssisələrə baş çəkib, müxtəlif şöbələrə yerində baxış keçiriblər.
 
Səfər çərçivəsində ÜST-nin Regional Ofisi tərəfindən icra olunan İPİN və AMR proqramları ilə tanış olmaq məqsədilə Təşkilatın Danimarkanın Kopenhagen şəhərində yerləşən regional ofisində də görüşlər baş tutub.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır