Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı apardığı etnik düşmənçiliyin bariz nümunəsidir
26.02.2023 13:39

Binəqədi Tibb Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdə ilk olaraq Xocalı soyqırımında həyatını itirmiş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş nitqi ilə açan Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq prinsiplərini pozaraq insanlıq əleyhinə misli görünməmiş faciə törətdiyini bildirib.

 

Direktor erməni şovinizminin xalqımıza qarşı törətdikləri vəhşilikləri tarix boyunca təkrarladığını, Xocalıda törədilən soyqırımın ermənilərin xalqımıza qarşı apardığı etnik düşmənçiliyin bariz nümunəsi olduğunu qeyd edib.

 

Binəqədi Tibb Mərkəzinin baş tibb bacısı Nərgiz Bağırova soyqırımı qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.

 

Mərkəzin reanimatoloqu Ramiz Vəliyev Vətən müharibəsində qəhrəmanlarımızın sayəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə xalqımıza qarşı törədilən vəhşiliklərin qisasının alındığını bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev