Xocalı soyqırımının qurbanları Göygöl rayonunda anılıb
25.02.2023 16:37

Göygöl Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri çıxış sözü ilə açan Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev 31 il bundan öncə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə müxtəlif istiqamətlərdən Xocalı şəhərinə hücum etdiyini, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla yüzlərlə azərbaycanlı mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirdiyini qeyd edib.


O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq dinc əhaliyə misli görülməmiş qəddarlıqla divan tutduğu həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimizin həlak olduğunu, 487 dinc sakinin ağır yaralandığını, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığını bildirib.

 

Sonda tədbir iştirakçıları Göygöl rayon Şəhidlər Xiyabanına ziyarət ediblər. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə gül dəstələri qoyublar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev