Bakı Sağlamlıq Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25.02.2023 16:02

Bakı Sağlamlıq Mərkəzimizdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Bu barədə Mərkəzdən Aztibb.az-a məlumat verilib.

 

Əvvəlcə faciə qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Giriş nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru Həvva Məmmədova ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımın dəhşətlərindən bəhs ediblər.

 

Bildirilib ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: Xocalı faciəsi - insanlığa qarşı cinayət, Azərbaycana qarşı edilən soyqırımdır, vəhşiliyin görünməmiş təzahürüdür.

 

Sonda Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş etdirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev