Azərbaycan Oftalmoloqlar Cəmiyyətində mühüm elmi mövzularda müzakirələr aparılıb
25.02.2023 10:54
Azərbaycan Oftalmoloqlar Cəmiyyətində (AOC) qurumun sədri prof. Elmar Qasımovun rəhbərliyi ilə növbəti iclası keçirilib. 
 
Aztibb.az AOC-yə istinadla xəbər verir ki, professor Elmar Qasımov buynuz qişanın transplantasiyası, göz bankının yaradılması ilə bağlı əsas addımlar, regionlardakı aktual problemlər və digər mövzular barədə müzakirələr aparıb.
 
İclasda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini t.ü.f.d. Yazgül Abdıyeva tərəfindən 2023-cü ildə nəzərdə tutulan tədbirlər planı və beynəlxalq konfranslar haqqında məlumat təqdim edilib.
 
İclasda “Buynuz qişanın mütəxəssisi kimdir?”,  “Göz bankının yaradılması üçün əlavə addımlar”, “İllik fəsadlar”, “Etik komitə”, “Katarakta refraktiv cərrahiyyə dərnəyi”, “Şirvanda olan problemlər”, “Müasir oftalmologiyanın gənc oftalmoloqlara dəstəyi” kimi mövzular müzakirə olunub.
 
Tədbirdə prof. Çingiz Carullazadə, prof. Paşa Qəlbinur, t.e.d. Nizami Bağırov, t.ü.f.d. Qurban İsmayılov, dr. Emin Əlihüseynli əhəmiyyətli fikirlər səsləndiriliblər.
 
İclasda t.e.d. Nazilə Rüstəmova, t.e.d. Hicran Namazova, t.e.d. Rəna Ağayeva, AOC-un elmi katibi Ceyhun Nəzərli və digər mütəxəssislər iştirak ediblər.
 
Eyni zamanda AOC-un heyət üzvləri “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” adlı konfrans və Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans haqqında fikir və təkliflərini səsləndiriblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır