Gəray Gəraybəyli: "Xocalı soyqırımı dünyada baş verən ən qəddar və amansız terror hadisələrindən biridir"
25.02.2023 10:40

Azərbaycan Tibb Universitetində (ATU) Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-da xəbər verilib.

 

Öncə iştirakçılar Xocalı faciəsi qurbanlarının və bu günlərdə qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirmiş insanların ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbiri giriş sözü açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli Xocalı soyqırımını dünyada baş verən ən qəddar və amansız terror hadisələrindən biri kimi qiymətləndirib. Bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Ona görə də Xocalı soyqırımının əsas mahiyyəti gənclərə aşılanmalıdır.

 

Rektor bildirib ki, dünyanın gözü qarşısında baş verən bu soyqırımının əsl mahiyyəti Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra üzə çıxıb.

 

Daha sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunub. 

 

Toplantıda çıxış edən ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov Xocalı soyqırımının tarixindən söz açıb, dinc insanların erməni təcavüzkarları tərəfindən vəhşicəsinə qətlə yetirildiyini bildirib. Qeyd edib ki, faciə zamanı 1275 nəfər dinc sakin girov götürülüb və onların indi də150-sinin taleyi məlum deyil: "Prezident İlham Əliyevin xarici ölkə rəhbərləri ilə görüşlərində, bütün çıxış və nitqlərində dönə-dönə vurğuladığı kimi, beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində qazandığı möhtəşəm qələbədən sonra yerdə qalan problemlərin sülh yolu ilə həlli üçün təşəbbüslərini davam etdirir.”

 

Sonda ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində təşkil edilən teatrın bir qrup tələbəsinin Xocalı soyqırımına dair hazırladığı səhnəcik nümayiş olunub. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev