Yusif Müxtəsimov: "Qrip soyuqdəymədən daha şiddətli xəstəlikdir"
26.02.2023 14:43
Qrip xüsusilə soyuq havalarda və mövsümi dəyişikliklərdə, öskürək, halsızlıq, yüksək hərarət şikayətləri ilə A və B viruslarının yaratdığı bir infeksiyadır. Bir epidemiyada bir çox insana təsir göstərə biləcək qripdən qorunmaq üçün fəslə uyğun geyinmək, balanslı sağlam pəhriz saxlamaq və xəstə insanlarla təmasdan çəkinmək vacibdir. Qrip bütün dünyada mövsumi epidemiya şəklində yayılır və hər il minlərlə insan qripin ağırlaşması və düzgün profilaktik tədbirlərin vaxtında görülməməsi səbəbilə dünyasını dəyişir.
 
Aztibb.a-ın xəbərinə görə, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinin müdiri Yusif Müxtəsimov bildirib.
 
Onun sözlərinə görə, qripi insanlar arasında yayılmış soyuqdəymə ilə də qarışdırırlar. Qrip soyuqdəmə kimi yolxucu bir virus infeksiyası olsa da, soyuqdəymədən daha şiddətli bir xəstəlikdir. 0-4 C arasında bir neçə həftə yaşaya biləcəyi üçün qışda daha çox infeksiyaya səbəb olan qrip virusu ilə qarşılaşmaq son dərəcə asandır. Virus ən çox öskürək, asqırma və danışma yolu ilə yoluxur.
 
Yusif Müxtəsimov qeyd edib ki, 1-2 həftədə düzgün müalicə planlaması ilə aradan qaldırıla bilən bir sağlamlıq problemi olan qrip diqqət yetirilmədiyi təqdirdə uşaqlarda, qocalarda və aşağı immunitet sistemi olan şəxslərdə həyati təhlükələrə səbəb ola bilər:
 
"Qrip virusu gün şüası, dezinfeksiyaedici və təmizləyici vasitələrin təsiri altında aktivliyini itirir. Bu virus sabunun təsiri ilə aktivliyini itirdiyinə görə, mütəmadi olaraq əllərin sabunla yuyulması qripə yoluxma riskini azaldır.  Əksər hallarda qripdən sonra baş ağrıları da meydana çıxa bilər ki, belə hallarda dərhal həkim müayinəsi lazımdır" .
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır