Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda lentə aldığı görüntülər faciənin miqyasını üzə çıxardı
26.02.2023 09:17
Oğuz Rayon Mərkəzi Xəstəxanasında Xocalı soyqrımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, əvvəlcə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə müəssisənin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Rəvanə Atakişiyeva 31 il əvvəl xalqımıza qarşı törədilmiş amansız qətliamın baş vermə səbəblərindən danışıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib, dinc azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb.
 
Daha sonra çıxış edən xəstəxananın İnzibati işlər üzrə müavini İradə Məmmədova xalqımızın XX əsrdə məruz qaldığı Xocalı soyqırımının ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdikləri silsilə cinayətlərinin ən dəhşətlisi olduğunu bildirib. Qeyd edib ki, həmin dövrdə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalıda erməni silahlılarının cinayətlərini lentə alması faciənin və vəhşiliyin miqyasını üzə çıxardı.
 
İradə Məmmədova Xocalının müdafiəsi zamanı Azərbaycanın yeddi Milli Qəhrəmanının iştirak etdiyini diqqətə çatdırıb: "Onlardan Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur".
 
Qeyd edilib ki, hazırda Xocalı soyqırımının dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır