Türkiyə Prezidenti Ankara Universiteti Tibb fakültəsinin xəstəxanasında zəlzələdən zərərçəkənləri ziyarət edib
23.02.2023 09:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bölgədəki şəhərlərdən müalicə üçün Ankaraya gətirilən yaralıları ziyarət edib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan Ankara Universiteti Tibb fakültəsi Cebeci Araşdırma və Tətbiq Xəstəxanasının Uşaq şöbəsində zəlzələnin 248-ci saatında Kahramanmaraşda dağıntılar altından xilas edilən 17 yaşlı Aleyna Ölməz, Hataydan gətirilən 16 yaşlı Hülyasu Kısa, 8 yaşlı Feyza Nur Yakar, Şanlıurfadan gətirilən 7 yaşlı Miraç Eren Döner, 10 yaşlı Ayça Çepni və 9 yaşlı Zeynep Küçükleri ziyarət edib.

 

Türkiyə Prezidentini həyat yoldaşı Əminə Ərdoğan,  Səhiyyə Nazirinin müavini, prof. Sabahattin Aydın, Ankara valisi Vasip Şahin, Ankara İl Sağlamlıq müdiri, uzman həkim Əli Niyazi Kurtcebe və Etlik Şəhər Xəstəxanasının baş həkimi, dos. Bülənt Güngörer müşayiət edib.

 

Rəcəb Tayyib Ərdoğan yaralılara şəfa diləyib, həkimlərdən onların sağlamlıq durumu ilə bağlı məlumat alıb.

 

Prezident Ərdoğanın ziyarət etdiyi adlar arasında Adıyamanda 3 gün qaldığı dağıntılar altından Zonguldağlı mədənçilər tərəfindən xilas edilən 19 yaşlı Songül Göksu və Hatayda zəlzələnin 3-cü günündə dağıntılar altından çıxarılaraq Prezident təyyarəsi ilə Adanadan Ankaraya gətirilən 14 yaşlı İnci Aşit də olub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev